Okt
2023
14:12
132
16
1842
Virtual karabakh

Bakının Baş Planı təsdiq üçün Nazirlər Kabinetinə göndərilib

2 Okt, 2023
14:12
1842

Bakının Baş Planı təsdiq üçün Nazirlər Kabinetinə göndərilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şəhərsalma prosesi kompleks həyata keçirilir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ilk növbədə Bakı şəhərinin Baş Planı hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib:

“Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə bir sıra dövlət qurumları da bu məsələyə cavabdehlik daşıyır. Bundan başqa komitənin tabeliyində Şəhərsalma və Memarlıq Baş İdarəsi tikintiyə icazə prosesini təşkil edir. Tikinti başa çatdıqda isə onun istismarına icazə verir. Artıq tikinti zamanı FHN, yerli icra hakimiyyətlərinin və digər qurumların dəstəyi ilə tikinti prosesinin özünə nəzarət olunur. Bütün layihələrdə ictimai ərazilər dəqiqliklə planlaşdırılır, müvafiq məsafələr saxlanılır. İstər səkilərə, istər digər ərazilərə xüsusi məsafə saxlanılır və yerli icra hakimiyyəti orqanları buna nəzarət edir” .

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri