16 
Noy
2023
19:46
25
446
9507
Virtual karabakh

Xatirə İslam körpə uşağın “üzünü” özünə köçürtdü: Hüceyrələr necə əldə olunur? - AÇIQLAMA + FOTO/VİDEO

16 Noy, 2023
19:46
9507

Xatirə İslam körpə uşağın “üzünü” özünə köçürtdü: Hüceyrələr necə əldə olunur? - AÇIQLAMA + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Xatirə İslam üzünə kök hüceyrə proseduru etdirib.

Sənətçi körpə uşağın hüceyrəsinin ona köçürüldüyünü vurğulayıb. Onun bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

“Uşağın hüceyrəsi necə əldə edilir” sualı cəmiyyətdə daha çox müzakirə edilir.

Professor Adil Qeybulla “Qaynarinfo”ya açıqlamasında bildirib ki, başqa orqanizmdən götürülən orqan, toxuma digər orqanizmə köçürüldükdə, yəni nəql edildikdə onun həmin orqanda davam gətirməsi, işləməsi üçün xüsusi terapiyaya ehtiyac var:

“Bu orqan nəqli məsələsidir. Kök hüceyrələri  orqanizmin özündən götürülür. Yəni orqanizmin öz hüceyrələri olur. Uşaq hüceyrəsi ilə bağlı məlumatlar mətbuata yanlış şərh edilir. Abort qanından, plasenta qanından, təbabətdə müxtəlif dərman  preparatlarının hazırlanmasından istifadə edilir. Belə bir praktika mövcuddur.

Ola  bilsin ki, söhbət bu cür maddələrdən getsin. Amma uşağın hüceyrəsini götürüb, böyük adama köçürmək bir orqanizmdən digərinə köçürmək deməkdir.  Bu orqan nəqli anlamına gəlir. Bu, real görünmür. Burada yanlışlıq var. Məsələ təhlil olunmalıdır. Hesab edirəm ki, yanlış anlaşılıb”.

Tibb elmləri doktoru, professor Nəsib Quliyev uşaq hüceyrələrinin əldə edilməsinin mümkün olduğunu deyib:

“Biopsiya edib, xüsusi alətlə lazımi yerdən hüceyrə götürürlər. Amma bu embrion hüceyrə deyil. Kök hüceyrə köçürmək üçün gərək embrioner hüceyrə, yəni rüşeymin hüceyrəsi götürülsün. Dəriyə hamilələyin ilk günlərində, bətn daxilində olan hüceyrələr köçürülməlidir. Dərinin hüceyrələri başqa yerdə olmur. Kimsə  kimisə aldadıb, gündə bir oyun çıxarırlar. Mən bu sahənin adamı olmadığımdan konkret nəsə deyə bilmirəm”.

Qeyd edək ki, son zamanlar estetik xəbərləri ilə adı hallanan 42 yaşlı müğənni Xatirə İslam bu dəfə üzünə kök hüceyrə proseduru etdirib. Məlumata görə, körpə uşağın hüceyrəsi ona köçürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri