Naftalanda itkin düşən qadın tapılıb - YENİLƏNİB + FOTO/VİDEO
Naftalanda itkin düşən qadın tapılıb - YENİLƏNİB + FOTO/VİDEO
Bir neçə gün öncə Naftalanda yaşadığı evi tərk edərək itkin düşən qadın tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Fatimə Quliyevanın yeri Bakı şəhərində olduğu müəyyən edilib.
F.Quliyeva izahatında ailəsini könüllü tərk etdiyini və geri dönmək istəmədiyini bildirib.
17:32
Naftalanda üç uşaq anası itkin düşüb.
Noyabrın 11-dən yoxa çıxan 27 yaşlı Fatimə Quliyevanın qayınanası Rəna Quliyeva gəlini haqqında Baku TV-nin yerli bürosuna danışıb.
O, gəlininin sonuncu dəfə bu ilin avqust ayında üç azyaşlı övladını evdə qoyaraq getdiyini bildirib. Qayınana gəlinin getmə səbəbini aralarında yaranan mütəmadi ailə münaqişəsi ilə əlaqələndirib.
“Onu çox istəmişəm. Əvvəl yaxşı idi. Sonra heç nədən evdə söz-söhbət yaradırdı. Bir az keçdi, gördüm ki, fikri tamam başqadır, bunu evdə məcbur saxlayıram. 15-20 gün gedib evlərində qalıb yenə gəlirdi. Uşaqlarına da baxmırdı, mən saxlayırdım. Yoldaşı da onu çox istəyirdi, hər şey alırdı”, - deyə o bildirib.
Qeyd edək ki, 27 yaşlı Ucar rayon Küçəkənd kənd sakini Fatimə Quliyeva Naftalan şəhərində itkin düşüb. O, noyabrın 11-də Naftalanda yaşayan valideynlərinin evindən çıxaraq bir daha geri qayıtmayıb.
İtkin düşən şəxsin əlamətləri belədir: boyu 155 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli hicab və əba olub.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: