19 
Noy
2023
16:58
11
164
3186
Virtual karabakh

“Azərpoçt”un adından vətəndaşlara SMS-lər yollanır - VİDEO

19 Noy, 2023
16:58
3186

“Azərpoçt”un adından vətəndaşlara SMS-lər yollanır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərpoçt”un müştəriləri, eləcə də digər vətəndaşlar dələduzların hədəfinə çevriliblər.

Belə ki, poçt vasitəsilə onlayn alış-veriş edən şəxsin telefon nömrəsinə çatdırılacaq məhsulla bağlı yalan-yanlış mesajlar gəlir.

Göndərilən linkdə bir hərfə diqqət etmədikdə isə işbazların qurbanı olursunuz. Yəni həmin mesajda “Azərpoçt” yox, “Azərpost” yazılır.

Məsələ ilə bağlı “Azərpoçt”dan bildirilib ki, sözügedən qurum bağlama çatdırılmasının ödənişini onlayn qaydada həyata keçirmir və heç bir halda vətəndaşa məxsus kart məlumatlarını tələb etmir.

Vətəndaşlara “Azərpoçt”la bağlı şübhəli mesajlar gəldikdə “169” çağrı mərkəzinə zəng etmələri, eləcə də göndərilən linklərə diqqətli və həssas yanaşmaq tövsiyə olunur.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri