Biləsuvarda dəm qazı zəhərlənməsi ehtimalı ilə xəstəxanaya yerləşdirilənlər evə buraxılıblar - YENİLƏNİB
Biləsuvarda dəm qazı zəhərlənməsi ehtimalı ilə xəstəxanaya yerləşdirilənlər evə buraxılıblar - YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Biləsuvarda dəm qazı zəhərlənməsi ehtimalı ilə bağlı xəstəxanaya yerləşdirilənlər barədə məlumat yayıb.
“Report” xəbər verir ki, üç nəfər rayon sakini tənəffüs çatışmazlığı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub.
Hər üç pasiyentə ilkin tibbi yardım göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar.
21:31
Biləsuvar rayonunda üç nəfər dəm qazından zəhərlənib.
“Report”un məlumatına görə, bir ailənin üzvləri - 1982-ci il təvəllüdlü Ş.Mirzəyev, onun qızı 2009-cu il təvəllüdlü A.M. və 1981-ci il təvəllüdlü E.Novruzlu rayon xəstəxanasına daxil olub.
Pasiyentlərə lazımi tibbi yardım göstərilib.
Onların dəm qazından zəhərlənməsi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.