20 
Noy
2023
23:56
7
102
1057
Virtual karabakh

Ağcabədidə yol-nəqliyyat hadisəsi olub, əmioğullarından birinin boynu sınıb

20 Noy, 2023
23:56
1057

Ağcabədidə yol-nəqliyyat hadisəsi olub, əmioğullarından birinin boynu sınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində 1996-ci il təvəllüdlü Tural Elşad oğlu Ələsgərov və onun əmisi oğlu Rəzail Mansur oğlu Ələsgərov xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinədən sonra Tural Ələsgərova boynun sınığı, Rəzail Ələsgərova isə kəllə-beyin travması diaqnozu qoyulub.

Yaralıların vəziyyəti nəzərə alınaraq rayon xəstəxanasından Bakıda yerləşən tibb müəssisələrinin birinə gətiriliblər. Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri