21 
Noy
2023
14:20
60
20
3238
Virtual karabakh

Naxçıvanda yeni təyinatlar - YENİLƏNİB + FOTO

21 Noy, 2023
14:20
3238

Naxçıvanda yeni təyinatlar - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Babək rayonunun Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası (NMR) təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov əmr imzalayıb.

Əmrə əsasən, Qəbulov Elşən Tofiq oğlu Babək Rayon Təhsil Şöbəsinə müddətli müqavilə ilə müdir təyin olunub.

Qeyd edək ki, Elşən Qəbulov İngilis dili müəllimi ixtisasını bitirib və 14 ilə yaxın dövlət qulluğunda çalışıb.

Xatırladaq ki, təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini E.Nəcəfovun bu gün imzaladığı digər bir əmrlə Ayşən Əsgərova Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri təyin edilib. A.Əsgərova bu təyinatadək Heydər Əliyev adına Hərbi Liseydə bölmə rəisi vəzifəsində çalışıb.

10:18

Şahbuz Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib.

“Report”un yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov əmr imzalayıb.

Əmrə əsasən, Ayşən Əsgərova Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Ayşən Əsgərova bu təyinatadək Heydər Əliyev adına Hərbi Liseydə bölmə rəisi vəzifəsində çalışıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri