Qızılağac Milli Parkında keçirilən flaminqo festivalı başa çatıb - YENİLƏNİB + FOTO
Qızılağac Milli Parkında keçirilən flaminqo festivalı başa çatıb - YENİLƏNİB + FOTO
Qızılağac Milli Parkında keçirilən flaminqo festivalı başa çatıb.
Oxu.Az xəbər verir ki, maraqlı tədbirlərlə yadda qalan festival çərçivəsində iştirakçılar üçün Qızılağac Milli Parkı ərazisində qayıq və kvadrosikllərlə gəzinti təşkil edilib, ziyarətçilər körfəz ərazisində quş koloniyalarını müşahidə ediblər.
Festivalda konsert proqramı təşkil olunub, ziyarətçilər stendləri gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı qazanıblar.
Festival çərçivəsində bir milyon çəkikimi balıq körpəsi Qızılağac Milli Parkının körfəz ərazisinə, milli parkın faunasına xas olan turac quşları isə təbiətə buraxılıb.
Festival xüsusilə turistlərin marağına səbəb olub, iştirakçılar təbiətin möhtəşəmliyi ilə tanış olmaq imkanı qazanıblar.
Xatırladaq ki, festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırkı vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, həmçinin Qızılağac Milli Parkını tərənnüm edən simvollar nümayiş etdirilib.
Flaminqo festivalında dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər, ümumilikdə 500-dən artıq turist tədbirlərə qatılıb.
12:33
Qızılağac Milli Parkında keçirilən Flaminqo festivalı davam edir.
Oxu.Az xəbər verir ki, festivalda dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də milli parkı ziyarət edən turistlər iştirak edirlər.
Festival çərçivəsində bir milyon çəkikimi balıq körpəsi Qızılağac Milli Parkının körfəz ərazisinə, milli parkın faunasına xas olan turac quşları isə təbiətə buraxılıb.
Aysel Aslan