11 
Sen
2015
11:15
126
33
7140
Virtual karabakh

Azərbaycanda dünyanın ən böyük təndiri inşa olunur – FOTO

11 Sen, 2015
11:15
7140

Azərbaycanda dünyanın ən böyük təndiri inşa olunur – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təndirin hündürlüyü 6,5 m, diametri 12 m-dir.

Dünyanın ən böyük təndirlərindən biri Azərbaycanın Astara şəhərində - Xəzər dənizinin sahilində yerləşən park-bulvar ərazisində inşa olunur.

Oxu.Az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, artıq iki aya yaxındır, tikintisi davam edən təndirin bir aydan sonra istifadəyə verilməsi nəzərdə tutulub. 

Təndirin hündürlüyü 6,5 m, diametri 12 m-dir. Bu unikal obyektin inşasında kərpic və daş əvəzində əsasən yüngül metal konstruksiyalardan istifadə olunub. Onun içəri hissəsi isə əl işləri ilə qurulub.

Əsasən 3 bölmədən ibarət olacaq təndirdə Talış mətbəxinin ən məşhur yeməkləri, eləcə də  çörək hazırlanacaq. Bişiriləcək təamlar isə park-bulvara istirahətə gələn qonaqlar  üçün nəzərdə tutulub.

Hazırda təndirin içərisində suvaq işləri və tavan hissəsinin tikintisi davam etdirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri