21 
Sen
2015
10:15
228
15
8254
Virtual karabakh

Bakıda gənclər Novxanı çimərliyini zibillikdən təmizlədi – FOTO

10 ton zibil yığılıb.

Bakıda Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü çərçivəsində ölkə tarixinin ən böyük Xəzər sahilyanı təmizlik aksiyası baş tutub.

Oxu.Az xəbər verir ki, aksiyada 450-yə qədər iştirakçı böyük miqyasda məişət tullantıları ilə çirklənmiş Binəqədi rayonunda yerləşən ictimai Novxanı çimərliyi zonasında təmizlik aksiyası keçirib.

Aksiya çərçivəsində Novxanı çimərliyi ərazisində toplanmış məişət tullantıları təmizlənərək, 10 tona qədər zibil yığılıb.

Layihədə iştirak edən insanlar layihənin köynəkləri, əlcəklər, zibil torbaları, sanitar və təmizlik ləvazimatları, su məhsulları, aksiya bitdikdən sonra isə sahil kənarı yerdə nahar yeməyi ilə təmin olundu.

Qeyd edək ki, aksiya Green Baku Ekoloji gənclər birliyi və Coca-Cola şirkətinin birgə fəaliyyəti çərçivəsində həyata keçirilib. Layihə əsas partnyorlar - “ASAN xidmət” nəzdində fəaliyyət göstərən “Green ASAN”, Binəqədi rayon İcra Hakimiyyəti və Bakcell tərəfindən dəstəklənir.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri