24 
Sen
2015
21:55
75
268
22299
Virtual karabakh

Məkkədə azərbaycanlı zəvvar öldü

24 Sen, 2015
21:55
22299

Məkkədə azərbaycanlı zəvvar öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qurban kəsdikdən sonra.

Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri bu gün qəfil dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsinin “APA Holding”in Məkkəyə ezam olunmuş əməkdaşı Jalə Məmmədliyə verdiyi məlumata görə 55 yaşlı Fəxrəddin Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəfildən dünyasını dəyişib. 

Onun ürək tutmasından öldüyü bildirilir. 

Zəvvarın nə zaman dəfn ediləcəyi bəlli deyil. Hələlik sənədləşdirmə işləri aparılır.

Digər iki azərbaycanlı zəvvarın isə səhhəti günvurma səbəbindən pisləşib.

Hər iki zəvvar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, zəvvarlarımız bu gün Minada böyük şeytanı daşladıqdan sonra qurban kəsiblər.

Onların vətənə sentyabrın 29-dan etibarən dönəcəkləri gözlənilir.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri