13 
Avq
2017
10:13
82
265
9819
Virtual karabakh

Dünyanın ən sürətli adamı karyerasını zədə ilə başa vurdu – VİDEO

13 Avq, 2017
10:13
9819

Dünyanın ən sürətli adamı karyerasını zədə ilə başa vurdu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın kişilərdən ibarət komandası Londondakı dünya çempionatında 4X100 metr məsafəyə estafet qaçışında qızıl medal qazanıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, ev sahibləri əsas favorit sayılan ABŞ-ı 0,05 saniyə qabaqlayıblar.

Bürünc medalçı isə Yaponiya olub.

Yamayka komandasına gəldikdə, Useyn Bolt estafet çubuğunu üçüncü qəbul edib. Lakin özünün sonuncu mərhələsini zədə üzündən başa vura bilməyib. Beləliklə, Boltun karyerasındakı sonuncu qaçış komandasının diskvalifikasiyası ilə yekunlaşıb.

Qeyd edək ki, Useyn Bolt Londondakı dünya çempionatında 100 metr məsafəyə qaçışda bürünc medal qazanıb. Onun qatılmadığı 200 metr məsafəyə qaçışın qalibi Türkiyəni təmsil edən əslən azərbaycanlı Ramil Quliyev olub. Bolt 8 qat olimpiya və 11 qat dünya çempionudur.  

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri