26 
Avq
2016
16:08
19
267
7507
Virtual karabakh

Tofiq Bəhramov stadionunda ot örtüyü problemi – FOTO + YENİLƏNİB

26 Avq, 2016
16:08
7507

Tofiq Bəhramov stadionunda ot örtüyü problemi – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Respublika stadionunun direktoru ot örtüyünün bərbad vəziyyətdə olmasının səbəbini açıqladı.

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün yenidən yararsız vəziyyətə düşməsinin səbəbi açıqlanıb. 

Oxu.Az xəbər verir ki, arenanın direktoru Şamil Quliyev “Report”-a açıqlamasında ot örtüyünün durumunun avqustdakı isti havalarla əlaqədar pisləşdiyini bildirib.

Onun sözlərinə görə, ayın əvvəllərindən başlayaraq, qazonda saralmalar başlayıb. Suvarma vaxtlı-vaxtında aparılsa da, saralmanın qarşısını almaq mümkün olmayıb: 

“Təmir işləri stadionumuzu icarəyə götürən “Qarabağ” klubu tərəfindən aparılıb. Meydana qulluğu da klub əməkdaşları aparıb. “Höteborq”la oyundan əvvəl vəziyyətin pisləşdiyini görüb kluba müraciət etdim ki, gəlin, bir əncam çəkin. Hələ qışda stadionda təmir işləri aparılarkən, “Qarabağ”ın stadiona cavabdeh şəxslərinə demişdim ki, qumdan az istifadə edin, ot örtüyünün alt qatı torf və torpaq olsun. Amma mənə qulaq asmadılar.

“Höteborq”la ev oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ot örtüyü ilə tanış oldu və "Bura nə gündədir?” dedi. Mən də bizlik bir şey olmadığını və stadionun ot örtüyünə klubun cavabdehlik daşıdığını bildirdim. O da mənimlə razılaşdı”.

Direktorun fikrincə, avqustun 2-də Çexiya “Viktoriya”sı ilə Bakıdakı Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra meydana toxum səpilsəydi, effekti olmayacaqdı: 

“Çünki o toxumlar belə istilərə dözməyəcəkdi. Amma artıq havalar mülayimləşir. İndi toxum səpilsə, Avroliqanın qrup mərhələsindəki ilk ev oyununadək ot örtüyü qaydasına düşəcək”.

Arena rəhbəri meydanın yararsız vəziyyətdə olmasına rəğmən, “Qarabağ”a UEFA-dan heç bir cərimənin tətbiq olunmayacağını da əlavə edib. O bildirib ki, UEFA nümayəndələri əvvəlcədən stadiona baxış keçiriblər və bu stadionda oynamağa razılıq veriblər.

13:23

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində İsveç klubu “Göteborq”u udub mübarizədən kənarlaşdırsa da, qələbədən çox Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü müzakirə olundu. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Göteborq”la oyundan sonra Qurban Qurbanov UEFA nümayəndəsinin artıq stadiondan şikayət yazdığını və qeydlər apardığını bildirdi.

Xatırladaq ki,  “Qarabağ” klubu dünən İsveçin ”Höteborq” klubuna 3:0 hesabı ilə qalib gəlib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri