Sen
2016
01:13
421
29
12064
Virtual karabakh

Rio-2016: Paralimpiyaçımız gümüş medal qazandı – YENİLƏNİB

9 Sen, 2016
01:13
12064

Rio-2016: Paralimpiyaçımız gümüş medal qazandı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçusu Bayram Mustafayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

Oxu.Az-ın məlumatına görə, 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz finalda Özbəkistan idmançısı Utkirjon Nigmatova məğlub olub.

08.09.2016 20:47

Azərbaycan cüdoçusu Bayram Mustafayev (66 kq) “Rio-2016” Yay Paralimpiya Oyunlarında final mərhələsinə yüksəlib.

Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsində cüdoçumuz yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gəlib.

Həlledici  görüşdə cüdoçumuzun rəqibi Özbəkistan idmançısı Utkirjon Nigmatov olacaq.

19:27

Azərbaycan cüdoçusu Bayram Mustafayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Oxu.Az-ın məlumatına görə, 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz 1/4 final mərhələsində braziliyalı Halison Oliviera Botoya qalib gəlib.

Təmsilçimiz yarımfinalda Yaponiya idmançısı Satoşi Fujimoto ilə qarşılaşacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri