29 
Okt
2016
16:56
33
207
5259
Virtual karabakh

Rəşad Abdullayev “Səbail” klubunun uğurlarından danışdı

29 Okt, 2016
16:56
5259

Rəşad Abdullayev “Səbail” klubunun uğurlarından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev oğlu, “Səbail” futbol klubunun Müşahidə Şurasının sədri Rəşad Abdullayev “Report”a müsahibəsində klubun uğurlarından və gələcək hədəflərindən danışıb.

Oxu.Az xəbər verir ki, Rəşad Abdullayev bildirib ki, ilk 8 turdan sonra “Səbail” klubu I Divizionda 3-cü pillədə qərarlaşıb. 

“Komandamız yüksək yerlər uğrunda mübarizə aparır. Sadəcə, bir neçə oyunda komandamız xal itirib. Həmin oyunlardakı səhvlərin bir daha təkrarlanmaması üçün çalışmaq lazımdır. Bunun üçün məşqçilər heyəti çatışmazlıqlar üzərində işləməlidir”, -  o deyib.

I Divizionda lider “Turan Tovuz” klubunun xal itirməsinə münasibət bildirbən R.Abdullayev qeyd edib ki, onu rəqiblərin itirdiyi yox, “Səbail” klubunun qazanacağı xallar daha çox maraqlandırır:

“Buna görə də oyundan-oyuna nəticəni yüksəltməli, komandanın daha yaxşı çıxışı üzərində çalışmalıyıq. Yəni, bir növ öz oyunumuzu fikirləşməliyik”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri