29 
Dek
2016
11:31
75
107
5896
Virtual karabakh

Çövkən oyunu üzrə Prezident kuboku keçirilib – VİDEO + FOTO

29 Dek, 2016
11:31
5896

Çövkən oyunu üzrə Prezident kuboku keçirilib – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Respublika Atçılıq Federasiyasının Binə Atçılıq Mərkəzində “Çövkən” Milli Atüstü oyunu üzrə Prezident kubokunun təqdimat mərasimi keçirilib.

Oxu.Az-ın məlumatına görə, yarışlarda “Polad”, “Sərhədçi”, “Köhlən”, “Qarabağ” və “Dilbaz” komandaları kubok üzrə mübarizə aparıb.

Kubokun yarımfinal oyunlarında “Polad” komandası “Köhlən” komandasını 5:1, “Sərhədçi” isə “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Üçüncülük yarışında “Qarabağ” “Köhlən”i 2:0 hesabı ilə məğlub edərək üçüncü olub. Final görüşündə isə “Polad” və “Sərhədçi” komandaları üz-üzə gəlib. Görüş “Sərhədçi”nin 1:0 qələbəsi ilə yekunlaşıb və komanda turnirin qalibi olub.

Qalibləri Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev mükafatlandırıb. Birinci yerin sahibinə kubok və medal, ikinci və üçüncü yerin sahiblərinə isə medallar təqdim edilib.

Turnirin mükafat fondu 50 min manatdır.

Qeyd edək ki, yarışda ümumilikdə 24 region komandası iştirak edib və 8 qalib yer müəyyən edilib. Həmin komandalar Bakıda keçirilən final mərhələsində iştirak hüququ qazanır. Hər il dekabrda keçirilməsi planlaşdırılan Prezident kuboku yarışlarında əvvəlki aylarda 24 və ya 32 komandanın iştirak edəcəyi Respublika çempionatlarının ilk 8 yerinə sahib olan rayonların çövkən komandalarının iştirakı nəzərdə tutulur.

İsmayıl Nur

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri