30 
Dek
2016
13:15
178
46
2266
Virtual karabakh

AFFA-nın baş katibi: Azərbaycanda peşəkar hakim yoxdur

30 Dek, 2016
13:15
2266

AFFA-nın baş katibi: Azərbaycanda peşəkar hakim yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda peşəkar hakimlərin sayı sıfırdır”.

Oxu.Az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Qafqazinfo-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, peşəkar hakimlər uşaq futbolundan I diviziona, ordan da Premyer Liqaya yüksəlirlər.

“Orada da çox sayda intensiv oyunlarda iştirak edirik və UEFA-ya bununla bağlı siyahı göndəririk. Onlar da baxıb izləyirlər. Klubların sayı azalıb, I divizionun oyun səviyyəsi, sürəti və meydançaları o vəziyyətdə deyil ki, orada hər il yeni hakim yetişsin.

Sizinlə səmimi danışmaq istəyirəm. Çünki siz futbol ailəsinin bir üzvüsünüz və problemin nədən ibarət olduğunu bilməlisiniz. Hazırkı vəziyyətdə Əliyar Ağayevin bu səviyyəyə gəlməsi bizim üçün böyük sürprizdi.

Ümid edirəm ki, ən azı bu səviyyədə qalacaq. Hakimlik peşə deyil. Amma İngiltərədə artıq peşədi, hakimlər başqa işlə məşğul olmurlar. Deyə bilərsiniz ki, ay Elxan, necə peşə olur? Axı hakim həftədə bir dəfə 90 dəqiqə meydanda olur. Amma belə deyil. Xaqani müəllimə də demişəm, PFL prezidenti Ramin Musayevlə də bu barədə söhbətimiz olub.

Məsələn, Əliyar gedib uşaq liqalarına da kömək etməlidi. Şənbə və bazar günləri Premyer Liqada hakimlik edirsə, 2-3-cü günlər getsin yeniyetmələrin oyunlarına. Biz həftədə 138 oyun keçiririk. Bununla məşğul olanda artıq rahat deyə bilərik ki, bu onun peşəsidi və peşəkar hakimdi.

Bu gün bizdə peşəkar hakimlərin sayı sıfırdı. Əliyar Ağayev hazırda AFFA-da işləyir. Hər gün səhər işə gəlir, axşam gedir. Amma onun peşəsi hakimlik deyil. İngiltərədə isə hakimlik artıq peşədi. Məsələn, siz məhəllədə oyun keçirirsiniz, zəng vurub hakim istəyirsiniz, o da gəlir. Bu artıq peşədi. Yox, deyirsə ki, bağışlayın, bu gün xəstəxanadayam, həkiməm, vaxtım yoxdu, deməli, həvəskar hakimdi.

Bizdə də klubların sayını nəzərə alsaq, hakimlik peşə ola bilər. Premyer Liqadakı 6-7 baş hakimdən söhbət gedir. Məsələn, Ömər Paşayev də peşə kimi bu sahədə fəaliyyətini davam etdirə bilər. Uşaq liqalarına gedər, inkişaf edər. Öz üzərində işləmək lazımdı”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri