31 
Dek
2016
16:15
189
78
2944
Virtual karabakh

Araz Abdullayev “Qəbələ” klubuna transfer olunub

31 Dek, 2016
16:15
2944

Araz Abdullayev “Qəbələ” klubuna transfer olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Klubdan Oxu.Az-a verilən məlumata görə, “Qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb

Karyerası ərzində Azərbaycanda yalnız “Neftçi”nin heyətində çıxış edən Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə bu klubun formasını geyinib. 2011-12-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısındə Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. O, bu komandada 20 oyun keçirib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri