Yan
2017
16:26
36
405
27531
Virtual karabakh

Dünya çempionunu zəncirlə boğmaq istəyiblər – FOTO

1 Yan, 2017
16:26
27531

Dünya çempionunu zəncirlə boğmaq istəyiblər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı idmançı Rəsul Mirzəyevə sui-qəsdin yeni təfərrüatları məlum olub.

Oxu.Az-ın Life nəşrinə istinadən məlumatına görə, cinayətkarlar sambo üzrə dünya çempionunun ayağını sındırmaq və onu zəncirlə boğmaq istəyiblər.

“Hücum edən şəxslər Rəsulu boğmaq istəyiblər, idmançı müqavimət göstərə bilib. Hadisə yerini tərk edəndə cinayətkarlar mənzildə tapança və zəncir qoyublar. Onlar Rəsulun pullarını oğurlayıblar. Ehtimal var ki, hücum edən şəxslər evdən həmçinin qızıl zinyət əşyalarını da götürüblər”, - nəşrin mənbəsi məlumat verib.

Qeyd edilir ki, hazırda Rəsul Mirzəyev əməliyyat olunub və onun həyatına heç bir təhlükə yoxdur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri