Yan
2017
12:53
82
27
4116
Virtual karabakh

“Neftçi” Petrovu kluba dəvət edir – FOTO

5 Yan, 2017
12:53
4116

“Neftçi” Petrovu kluba dəvət edir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının “Neftçi” klubunun heyətə cəlb etmək istədiyi ukraynalı futbolçunun adı müəyyənləşib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu, Kiyev “Dinamo”sunun yetirməsi Kirill Petrovdur.

13 yaşında “Dinamo”nun düşərgəsinə qoşulan müdafiəçi 3 ildən sonra Kiyev təmsilçinin gənclərdən ibarət komandasında çıxış edib. O, 2009-cu ildən əsas komandaya cəlb olunsa da, növbəti illərdə “Krivbass” və “Qoverla”ya icarəyə verilib. Müdafiəçi 2013-cü ildən Kiyev “Arsenal”ı, bir il sonra Polşa “Korona”sı, 2015-ci ildə isə Qazaxıstanın “Ordabası” klublarında forma geyinib.

Onun sonuncu komandası isə Ukrayna “Olimpik”i olub. Petrov 2016-cı ilin fevralından çıxış etdiyi Donetsk klubu ilə yollarını dünən ayırıb. 26 yaşlı oyunçu əvvəllər Ukraynanın U-19 və U-21 yığmalarında da forma geyinib.

Petrovun bu gün “Neftçi”nin Türkiyənin Antalya bölgəsindəki düşərgəsinə qoşulacağı gözlənilir. Tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri