Yan
2017
10:11
62
279
4052
Virtual karabakh

Cüdo üzrə 2018-ci il Dünya çempionatı Bakıda keçiriləcək

6 Yan, 2017
10:11
4052

Cüdo üzrə 2018-ci il Dünya çempionatı Bakıda keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildə cüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, bunu Beynəlxalq Cüdo Federasiyasının (BCF) prezidenti Marius Vizer Bakıda jurnalistlərə açıqlamasında deyib.

M.Vizer BCF-nin hakimlər və məşqçilər təşkil etdiyi beynəlxalq seminarından danışıb:

“Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə birgə bu cür seminar təşkil etdiyimizə görə böyük qürur hissi keçirirəm. Seminarda 100 ölkədən 400-ə yaxın iştirakçı var. Qaydalarda bəzi dəyişikliklər etmişik. Cüdonu daha sadələşdirmək və cəlbedici etmək, bir az dinamik idman növünə çevirmək üçün bu cür addım atmışıq. Azərbaycan dövlətinə, SOCAR-ın bizimlə birgə işləməsinə görə minnətdarlığımı bildirirəm. Azərbaycanda da cüdoya köməyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, bu gündən start götürən seminar iki gün davam edəcək.

 A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri