Yan
2017
16:02
100
32
4430
Virtual karabakh

“Qarabağ” klubu yeni transferini rəsmən açıqlayıb

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qarabağ” klubu yeni futbolçu transferini açıqlayıb. 

Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, milli komandanın yarımmüdafiəçisi Ağabala Ramazanovla 1,5 illik müqavilə imzalanıb.

24 yaşlı oyunçu 2017/2018 mövsümünün sonuna qədər Qurban Qurbanovun sərəncamında olacaq.

Qeyd edək ki, Ağabala Ramazanov “Qarabağ”a “İnter”dən azad agent kimi keçib. O, karyerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt” komandalarında çıxış edib.

E.Ə.
www.oxu.az

Digər İdman xəbərləri