8 
Yan
2017
21:55
77
23
2972
yuxarı
İtaliya klubu “Arsenal”ın 65 milyonluq təklifini rədd edib
8 Yan, 2017
21:55
2972
77
23
İtaliya klubu “Arsenal”ın 65 milyonluq təklifini rədd edib
“Arsenal” “Torino”nun hücumçusu Andrea Belotti üçün Turin klubuna 65 milyon avro təklif edib.
Oxu.Az-ın Apasport.az-a istinadla məlumatına görə, bu barədə “öküzlər”in idman direktoru Canluka Petraçi “Sky Sports”a danışıb.
O, “Arsenal”ın İtaliya millisinin də şərəfini qoruyan Belotti üçün onlara 65 milyon avro təklif etdiyini, ancaq klub rəhbərliyinin bu məbləğlə razılaşmadığını deyib:
“Bəli, Belotti üçün “Arsenal”dan 65 milyon avroluq təklif aldıq, ancaq qəbul etmədik. Onun dəyəri bu deyil. Belotti heç bir yerə getməyəcək”.
Qeyd edək ki, Belotti Turin təmsilçisinə 2015-ci ildə, “Palermo”dan 8,5 milyon avro qarşılığında transfer edilib. O, cari mövsümdə meydana çıxdığı 16 oyunda 13 qol, 4 məhsuldar ötürməyə imza atıb.
A.S.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
19 
Apr
2024
18:44
Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib - YENİLƏNİB + VİDEO
104
15
1683
19 
Apr
2024
15:40
“Neftçi”nin isveçli funksioneri: “Prinsipimiz futbolçuları canlı görməkdir”
7
41
556