Yan
2017
18:25
193
19
3432
Virtual karabakh

Azərbaycanın yunan-Roma güləşçiləri dünya reytinqində

9 Yan, 2017
18:25
3432

Azərbaycanın yunan-Roma güləşçiləri dünya reytinqində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb. 

Oxu.Az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında Azərbaycanın 9 təmsilçisinin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub.

Ötən il Rio-de-Janayero Yay Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb.

Onluğa daxil olan digər güləşçilərdən Rövşən Bayramov (59 kq) 6-cı, Rafiq Hüseynov (80 kq) 7-ci, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci yerdədir. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri