10 
Yan
2017
12:20
55
117
4540
Virtual karabakh

Messinin Buenos-Ayresdəki heykəli kəsilib – FOTO

10 Yan, 2017
12:20
4540

Messinin Buenos-Ayresdəki heykəli kəsilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naməlum şəxslər futbolçu Lionel Messinin Buenos-Ayresdəki heykəlinin yuxarı hissəsini kəsiblər. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi şəhər icra hakimiyyəti məlumat yayıb. 

Onların sözlərinə görə, heykəl “vandalizmin qurbanı olub”. Heykəli kəsən vandallar onun yalnız ayaq hissəsini və topu yerində saxlayıblar.

Heykəl 2016-cı ilin iyun ayında, argentinalı futbolçular Amerika Kuboku uğrunda matçda məğlub olduqdan sonra Puerto-Maderoda ucaldılıb. Cərimə zərbəsini vura bilməyən Messi karyerasını başa vurduğunu bəyan etmişdi. 1,5 aydan sonra futbolçu milli komanda üçün yenidən meydana çıxmaq qərarına gəlmişdi. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri