10 
Yan
2017
13:00
44
93
4962
Virtual karabakh

Azərbaycan - Almaniya oyununa onlayn bilet satışı başlayıb

10 Yan, 2017
13:00
4962

Azərbaycan - Almaniya oyununa onlayn bilet satışı başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan və Almaniya yığmaları arasında Bakıda keçiriləcək qarşılaşmanın biletləri satışa çıxarılıb. 

Oxu.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri http://tickets.affa.az/ saytından əldə etmək mümkündür.

Kassalarda satışa isə fevralın 1-dən start veriləcək. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2 - 20 manat arasında dəyişir. VİP sektorlara giriş isə 50 manatdır.

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri