11 
Mar
2017
10:55
443
39
4180
Virtual karabakh

Rafael Ağayev: Karateyə sevgim Bryus Linin filmlərinə baxandan sonra yaranıb – VİDEO

11 Mar, 2017
10:55
4180

Rafael Ağayev: Karateyə sevgim Bryus Linin filmlərinə baxandan sonra yaranıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İslam Həmrəyliyi Oyunlarının səfiri Rafael Ağayev yarışıın rəsmi saytına müsahibə verib. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə “Bakı 2015” Avropa Oyunlarında qızıl medal qazanan 32 yaşlı idmançı bildirib ki, İslam Oyunlarının səfiri olmaq onun üçün qürurdur.

O, İslamiadada fəxri kürsünün 1-ci pilləsinə yüksəlmək üçün əlindən gələni edəcəyini söyləyib:

“Qazandığım qələbələrin arxasında verdiyim qurbanlar, əziyyətim, ailəm və xalqımız dayanır. Bizim üçün nəzərdə tutulan proqram mənə imkan yaradır ki, üzərimdə zəhməti və əziyyəti olan xalqımıza, hər kəsə az da olsa mənə verilən dəyəri geri qaytarım.

İdmançı kimi isə hər kəs bizdən qızıl medal gözləyir. Asan olmayacaq, çünki əksər idman növləri üzrə ən çətin rəqiblərimizlə üzləşəcəyik. Qələbə üçün əlimizdən gələni edəcəyik”.

5 qat dünya çempionu olan Ağayev karate ilə 7 yaşından etibarən məşğul olmağa başlayıb. İlk medalını 1994-cü ildə qazanıb: “İlk addımlarımı Sumqayıt şəhərində məşqçi Rafael Məmmədovun rəhbərliyi altında atmışam. Kiçik yaşlarımdan Brüs Linin filmlərinə baxırdım və karateyə sevgim oradan yarandı. 1994-cü ildə ilk medalı əldə etmişəm.

Bu, Rusiyanın Kastroma şəhərində olub. Yarışa çox çətinliklə gedib çıxmışdım. Yığma komanda turnirə yollanmışdı. Maddi cəhətdən çətinliyim olduğuna görə valideynim nişan üzüyünü satdı və atamla yarışa getdik.

Turnirin başlamasına 2 saat qalmış ora çatdım. Mənim üçün uğurlu oldu, finala vəsiqə qazandım. Həlledici görüşdə isə həmyerlimizə qalib gəldim. Halbuki “bir nömrəli idmançı odur deyirdilər”.

1997-ci ildən karate üzrə Azərbaycan yığma komandasına dəvət alan Ağayev həm də 10 qat Avropa çempionudur. 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək Bakıda keçiriləcək.

Müsahibənin tam versiyasını təqdim edirik : 

İ.N.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri