13 
Mar
2017
14:44
24
46
2242
Virtual karabakh

Xokkey tarixində ən uzun sürən oyun keçirilib – VİDEO

13 Mar, 2017
14:44
2242

Xokkey tarixində ən uzun sürən oyun keçirilib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xokkey üzrə Norveç çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilən “Storhamar” – “Sparta” görüşü bu idman növünün tarixində ən uzun sürən oyun olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Hamar şəhərində baş tutan matç 217 dəqiqə 14 saniyə çəkib və 11 dövrəni əhatə edib.

Yerli vaxtla saat 18:00-da başlayan oyun 02:32-də başa çatıb və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, əvvəlki rekord 1936-cı ildə Milli Xokkey Liqasında “Detroyt”la “Monreal” arasında baş tutan matça təsadüf edib. Həmin vaxt xokkeyçilər 176 dəqiqə 30 saniyə buz üzərində qalıblar.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri