14 
Mar
2017
11:50
114
342
19134
Virtual karabakh

İlham Əliyevin bacısı oğlunun yeni görüntüləri yayılıb – VİDEO

14 Mar, 2017
11:50
19134

İlham Əliyevin bacısı oğlunun yeni görüntüləri yayılıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin yeni videosu yayılıb.

Oxu.Az-ın BAKU.WS-a istinadən məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, peşəkar idmançı A.Əliyev məşq zamanı çəkilən videosunu “Instagram” hesabında paylaşıb. O, 60 kiloqramlıq çəki daşı ilə məşq edib.

Sosial şəbəkədə mütəmadi olaraq öz videolarını paylaşan Azər Əliyev qısa zamanda idman sahəsində böyük uğurlar əldə edib. 

2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.

23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb.

2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri