15 
Mar
2017
17:15
13
106
1594
Virtual karabakh

Devid Kulthard: Bu il Qran Prinin ötənilkindən də maraqlı keçəcəyinə əminəm – FOTO

15 Mar, 2017
17:15
1594

Devid Kulthard: Bu il Qran Prinin ötənilkindən də maraqlı keçəcəyinə əminəm – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur britaniyalı keçmiş “Formula 1” pilotu, teleaparıcı və şərhçi Devid Kulthard Bakıda mətbuat konfransı keçirib.

Oxu.Az xəbər verir ki, tədbirdə Devid Kulthardla yanaşı, Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov, BŞH Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai, yerli və beynəlxalq media nümayəndələri iştirak ediblər.  

Bu, Devidin “Formula 1” ilə bağlı Bakıya 2-ci səfəridir. Dünya şöhrətli pilot ötən il Bakıya gələrək Formula 1 Avropa Qran Prisini yerində canlı izləyib, paytaxt Bakının gəzməli-görməli yerlərində olaraq şəhərlə yaxından tanış olub və daha sonra yarışdan və Bakıdan videomaterial hazırlayaraq ölkəmizin sahib olduğu geniş turizm imkanlarını dünya ictimaiyyətinə təqdim edib.

Konfrans zamanı Devid Kulthard ötənilki yarış və şəhər təəssüratlarını, “Formula-1” yarışı ilə bağlı bu il tətbiq olunan dəyişikliklər haqqında düşüncələrini və həmçinin Bakı Şəhər Halqasının yarışa hazırlığına dair olan fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

“Bu il Qran Prinin ötənilkindən də maraqlı keçəcəyinə əminəm. Bolidlərin ölçüləri böyüyüb, trasın dar hissələrini keçmək indi pilotlara daha çətin olacaq. Yayda yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm”, - deyə D.Kulthard vurğulayıb.

Azərbaycan Qran Prisinin səfiri təyin olunması barədə danışan D.Kulthard hər dəfə Bakıda olan zaman qonaqpərvərlik və şəhərin gözəlliyi ilə rastlaşdığını bildirib: “Niyə görə də bunu təşviq etməyim?!”.

İsmayıl Nur

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri