17 
Mar
2017
16:03
136
30
6863
Virtual karabakh

Azərbaycan - Almaniya oyunu üçün heyətlər açıqlandı

17 Mar, 2017
16:03
6863

Azərbaycan - Almaniya oyunu üçün heyətlər açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“DÇ-2018”-in seçmə mərhələsi çərçivəsində qarşılaşacaq Azərbaycan və Almaniya millisinin heyəti açıqlanıb. 

Oxu.Az xəbər verir ki, komandalar oyuna aşağıdakı heyətdə çıxacaqlar: 

Azərbaycan

Qapıçılar: Kamran Ağayev (“Boavişta”, Portuqaliya), Anar Nəzirov (“Zirə”), Aqil Məmmədov (AZAL)

Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Pavel Paşayev (“Stal”, Ukrayna), Məhəmməd Mirzəbəyov, Ürfan Abbasov (hər ikisi “Qəbələ”).

Yarımmüdafiəçilər: Ruslan Abışov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev (hər ikisi “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Eddi İsrafilov (“Kadiz”, İspaniya), Emin Mahmudov (“Boavişta”, Portuqaliya), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”), Əfran İsmayılov (“Qarabağ”).

Hücumçular: Ağabala Ramazanov (“Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Ramil Şeydayev (“Jilina”, Slovakiya), Renat Dadaşov (“Ayntraxt”, Almaniya), Dəniz Yılmaz (“Bursaspor”, Türkiyə)

Almaniya

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Ştegen (“Barselona”, İspaniya), Bernd Leno (“Bayer”).

Müdafiəçilər: Mats Hummels, Coşua Kimmix (hər ikisi “Bavariya”), Yonas Hektor (“Köln”), Benedikt Hövedes (“Şalke”), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Antonio Rüdiger (“Roma”, İtaliya), Niklas Züle, Sebastian Rudi (hər ikisi “Hoffenhaym”).

Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Əmrə Can (“Liverpul”, İngiltərə), Yulian Draksler (PSJ, Fransa), Sami Xedira (“Yuventus”, İtaliya), Toni Kroos (“Real”, İspaniya), Məsut Özil (“Arsenal”, İngiltərə), Andre Şürrle, Yulian Vayql (hər ikisi “Borussiya”, Dortmund)

Hücumçular: Mario Qomes (“Volfsburq”), Tomas Müller (“Bavariya”), Leroy Sane (“Mançester Siti”, İngiltərə), Lukas Podolski (“Qalatasaray”, Türkiyə), Timo Verner (“Leyptsiq”).

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri