19 
Mar
2017
10:51
129
32
3693
Virtual karabakh

“Neymar Jr’s Five” yenidən Azərbaycanda – FOTO

İspaniyanın “Barcelona” klubunun ulduz futbolçusu Neymarın şərəfinə adlandırılan “Neymar Jrs Five” gənclər arasında futbol turnirinə seçimlər növbəti dəfə ölkəmizdə keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu il gənclərə yenidən özünü sınamaq imkanı veriləcək.

Qeyd edək ki, 2016-cı ildə 47 ölkədən 65000 oyunçudan ibarət 10000-dən artıq komanda dünya çempionu adı uğrundamübarizə aparıb. Azərbaycandan “DeFacto” komandası milli turnirin qalibi olmuş və ölkəmizi dünya çümpionatının finalında təmsil etmək üçün Braziliyaya yollanmışdı.

Komanda qalib olmasa da, gənc furbolçular dünyanınən yaxşı furbolçuları ilə oynamaq və şəxsən Neymar iləgörüşmək şansı qazanmışdılar.

Turnir adətən altı 18-25 yaşlı oyunçudan ibarət komandalararasında keçirilir. Amma bu il ilk dəfə olaraq hər komandaya 25 yaşdan yuxarı iki oyunçu daxil ola biləcək.

Minlərlə komanda kvalifikasiya mərhələsində qalibgəlmək üçün mübarizə aparacaq; onların məqsədi ölkələrində çempionu olub Braziliyada keçiriləcək finalyarışlarına bilet qazanmaqdır.Azərbaycanda kvalifikasiya mərhələsi Quba, Şəki, Gəncə və Bakı şəhərlərində keçiriləcək. Milli final isə, mayın 6-sı Bakıda baş tutacaq. Final yarışları Neymarın vətəni Praya-Qrandidə, “Instituto Projeto Neymar Jr” stadionunda keçiriləcək. Neymar bu şəhərdə böyüyüb, turnirin keçirilməsi üçünəsas götürülən furbol növü olan futzal oynamağı buradaöyrənib.

“Mən həmişə dostlarımla bu tip futbol oynamışam. Turnir mənə uşaqlığımı xatırladır, bununla çox fəxredirəm. Beş oyunçudan ibarət komandaların yarışdığıoyunlarda qalib gəlmək və rəqiblərin hamısını oyundançıxarmaq üçün strategiya olmalı, düzgün vaxtda hücumvə müdafiə etməyi bacarmaq lazımdır. Düzgün müdafiəqurmaq çox vacibdir, bu bacarıq turnurdə səni çox irəliapara bilər”.

Beləliklə futbol oynamağı bacaran gəncləri maraqlı yarışda iştirak etməyə dəvət edirik. Qeyd edək ki, qalib komanda Neymarın vətəni Braziliyada təşkil olunacaq dünya çempionatında Azərbaycanı təmsil etmək imkanı qazanacaq.

Müraciət etmək üçün Facebook tədbir səhifəyə daxil olun - http://win.gs/neymarjrs5turnir.

A.M.

www.oxu.az

Digər İdman xəbərləri