14 
Apr
2017
17:48
138
23
3262
Virtual karabakh

Vladimir Kramnik: Vüqar Həşimovun Azərbaycan millisində yeri görünür

14 Apr, 2017
17:48
3262

Vladimir Kramnik: Vüqar Həşimovun Azərbaycan millisində yeri görünür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 20-də Şəmkirdə şahmat üzrə IV Vüqar Həşimov Memorialına start veriləcək. 

Oxu.Az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi turnirin iştirakçısı, rusiyalı dünya çempionu Vladimir Kramnik yarışın rəsmi saytına müsahibə verib.

-  IV Vüqar Həşimov Memorialında sizi görmək çox xoş olacaq. Hansı təəssüratlarla Şəmkirə qayıdacaqsınız?

- İki il əvvəl Şəmkirdən böyük təəssüratlarla ayrılmışam. Adətən, böyük şəhərlərdə keçirilən yarışlarda iştirak etməyi o qədər xoşlamıram. Şəmkir balaca və sakit şəhərdir. İnsanları çox qonaqpərvərdir. Orada keçirilən yarışlarda bütün diqqətini oyuna yönəldirsən. Şahmat oynamaq üçün iştirakçılara ideal şərait yaradılır. “ShamkirChess 2017” turnirində yüksək hədəflər uğrunda mübarizə aparmağı planlaşdırıram.

- Şəmkir turnirində qarşılaşacağınız rəqiblər barədə nə deyə bilərsiniz?

- Həmişə olduğu kimi, Şəmkirdə zəif şahmatçı olmayacaq. Deməli, hər oyunda güclü mübarizə gözlənilir. Mənim üçün Şəmkir turniri 2017-ci ildə klassik şahmatda ilk yarış olacaq. Ona görə rahat oyunlar gözləmirəm.

- ShamkirChess turnirində qələbəyə namizədlərdən biri də siz olacaqsınız. Reytinqə görə turnirin ikinci şahmatçısı olmaq məsuliyyəti artırır?

- İnanın, şahmatda reytinq çox vaxt heç nəyi həll etmir. 9 turdan ibarət yarışın sonunda reytinq favorit cədvəldə aşağı pillədə qərarlaşa bilər və ya əksinə. Reytinqdən çox şahmatçının göstərəcəyi oyun vacibdir. Sözsüz, qələbəyə əsas namizədlərdən biri olmağım məsuliyyəti artırır. Çalışacağam, ötənilkindən daha yaxşı çıxış edim.

- Turnir Vüqar Həşimovun xatirəsinə keçirilir. Azərbaycan şahmatçısını necə xatırlayırsınız?

- Vüqarla tez-tez müxtəlif turnirlərdə qarşılaşırdıq. Daha çox sürətli şahmatda rəqib olmuşuq. Çox pozitiv, gülərüz insan kimi xatırlayıram. Şəmkir turniri həm də Vüqarın dostlarını birləşdirir. Onun yoxluğu təkcə Azərbaycan üçün deyil, dünya şahmatı üçün itkidir. Gənc olmasına baxmayaraq, çox yüksək səviyyədə oyun nümayiş etdirirdi. Vüqarın bu gün bizimlə olmaması ən çox Azərbaycan millisində hiss olunur. Həşimovla yığma komandanız daha güclü idi. Bu gün Vüqarın Azərbaycan millisində yeri görünür.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri