17 
Apr
2017
13:53
93
17
1451
yuxarı
Azərbaycan triatlonçusu Açıq Afrika Kubokunun qalibi olub – FOTO
17 Apr, 2017
13:53
1451
93
17
Azərbaycan triatlonçusu Açıq Afrika Kubokunun qalibi olub – FOTO
Azərbaycan milli komandasının triatlonçusu Rostislav Pevtsov Mərakeşin paytaxtı Rabatda keçirilmiş Açıq Afrika Kubokunda qızıl medal qazanıb.
Azərbaycan Triatlon Federasiyasından Oxu.Az-a verilən məlumata görə, R.Pevtsov 44 idmançının mübarizə apardığı yarışında 57 dəqiqə 28 saniyə nəticə göstərib. O, ən yaxın izləyicisi, fransalı Maksim Нüber-Müsbrügeri 1 saniyə qabaqlayıb.
Qadınların mübarizəsində isə yığmanın üzvü Darina Moskalenko 1 saat 6 dəqiqə 53 saniyəlik nəticə ilə 6-cı olub.
Azərbaycan komandası yarışda baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə təmsil olunub.
Qeyd edək ki, Rostislav Pevtsov ötən ay İspaniyanın Las-Palmas şəhərindəki Avropa Kubokunun da qalibi olub.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək