17 
Apr
2017
23:56
57
174
4009
Virtual karabakh

“Boavişta” klubu Kamran Ağayevlə yollarını ayırıb – RƏSMİ

17 Apr, 2017
23:56
4009

“Boavişta” klubu Kamran Ağayevlə yollarını ayırıb – RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyanın “Boavişta” klubu futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 31 yaşlı qolkiperlə mövsümün sonunadək nəzərdə tutulan anlaşma pozulub.

“Boavişta” Ağayevə idmançı karyerasında və şəxsi həyatda uğurlar arzulayıb.

“A Bola” nəşri yazır ki, azərbaycanlı qapıçı “Benfika” ilə yanvarın 15-də keçirilmiş ölkə çempionatının XVII tur matçının sonunda rəqib futbolçularla dalaşdığı üçün 3 oyunluq cəzalandıqdan və elə həmin ay Vaqnerin transfer olunmasından sonra baş məşqçi Migel Lealın gözündən düşüb.

Qeyd edək ki, Kamran Ağayev “Boavişta”ya mövsümün əvvəllərində azad agent kimi keçib. O, 6-cı turdan etibarən meydana çıxmağa başlayıb. Ağayev çempionatda 12, ölkə kubokunda isə 2 oyunda forma geyinib.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri