21 
Apr
2017
10:16
47
27
3812
Virtual karabakh

Avropa Liqasının yarımfinalçıları müəyyənləşib

21 Apr, 2017
10:16
3812

Avropa Liqasının yarımfinalçıları müəyyənləşib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, ¼ finalın nəticələrinə görə, Belçikanın “Anderlext” və “Genk”, Almaniyanın “Şalke - 04” və Türkiyənin “Beşiktaş” klubları turniri tərk edib.

“Mançester Yunayted” (İngiltərə), “Selta Viqo” (İspaniya), “Ajax” (Hollandiya) və “Lion” (Fransa) klubları Avropa Liqasının növbəti mərhələsinə vəsiqə qazanıblar.

Turnirin yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 21-də İsveçrənin Nyon şəhərində keçiriləcək.

1/2 final görüşləri 4 və 11 may, final matçı isə 24 may tarixinə nəzərdə tutulub. Turnirin həlledici qarşılaşması İsveçin Solne şəhərinin “Frends Arena” stadionunda keçiriləcək.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri