14 
May
2017
21:15
259
25
3517
Virtual karabakh

Azərbaycan karateçiləri İslamiadanı 10 medalla başa vurublar

14 May, 2017
21:15
3517

Azərbaycan karateçiləri İslamiadanı 10 medalla başa vurublar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan karateçiləri “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarını 10 medalla başa vurub. 

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu gün daha 5 medal qazanılıb. 

Kişilərin mübarizəsində Ayxan Mamayev (84 kq) kimitedə, Roman Heydərov kata növündə qalib olub. Qadınlardan İrina Zaretska (68 kq) qızıl medala sahib olub. Finalda türkiyəli Meltem Hocaoğluna 2:6 hesabı ilə uduzan Fəridə Əliyeva (+68 kq) gümüş, Səudiyyə Ərəbistanından olan Tareq Hamedini 4:2 hesabı ilə yenən Asiman Qurbanlı (+84 kq) isə bürünc medala sahib olub. 

Qeyd edək ki, ilk yarış günündə Rafael Ağayev (75 kq) və Fəridə Abiyeva (61 kq) qızıl, İlahə Qasımova (55 kq) gümüş, Firdovsi Fərzəliyev (60 kq) və Nuranə Əliyeva (50 kq) bürünc medala sahib olub.

Bu, Azərbaycan karateçilərinin İslamiadada 3-cü qızıl medalı, ümumilikdə isə 6-cı medalı olub.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri