15 
May
2017
15:12
198
37
6254
Virtual karabakh

İslamiada: Azərbaycanın güllə atıcısı 3-cü dəfə qızıl medal qazanıb – FOTO

15 May, 2017
15:12
6254

İslamiada: Azərbaycanın güllə atıcısı 3-cü dəfə qızıl medal qazanıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında üçüncü qızıl medalını qazanıb.

Oxu.Az xəbər verir ki, idmançımız kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəşaçma yarışında 573 xal toplayaraq çempion olub.

Gümüş medala 569 xalla Qətər idmançısı Əhməd Zayed Əl Səmari, bürüncə isə 562 xalla Türkiyə atıcısı Özgür Varlık layiq görülüb.

Azərbaycan yığma komandasına Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı da Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub - (581-25 xal). Ötən gün isə Ruslan Lunyov 25 metr məsafədən tapança ilə sürətli atəşaçma yarışında qızıl medala yiyələnib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri