17 
May
2017
16:13
201
64
4681
Virtual karabakh

İslamiada: Ruslan Lunyov 5-ci qızıl medalını qazandı

17 May, 2017
16:13
4681

İslamiada: Ruslan Lunyov 5-ci qızıl medalını qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 5-ci qızıl medalını qazanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, snayperimiz 10 m pnevmatik tapança ilə atəşdə qarışıq komanda yarışında Nigar Nəsirova ilə birlikdə hamıdan dəqiq olub.

Lunyov-Nəsirovadan ibarət heyət omanlı cütlüyü qabaqlayaraq yarışı 1-ci pillədə tamamlayıb. Bürünc medala isə İran idmançıları yiyələniblər.

Qeyd edək ki, Ruslan Lunyov bundan öncə 25 metrdən tapança ilə mərkəzə atəş açma, eyni məsafədən sürətli atəş açma, həmçinin standart tapança ilə atəş açma və 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda qızıl medal əldə etmişdi. Nigar Nəsirova isə dünən 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda 3-cü yeri tutub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri