18 
May
2017
20:01
293
41
3073
Virtual karabakh

Azərbaycan İslamiadada 55-ci qızıl medalı hesabına yazdırdı

18 May, 2017
20:01
3073

Azərbaycan İslamiadada 55-ci qızıl medalı hesabına yazdırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-2017 IV İslam Həmrəyliyində Azərbaycan 55-ci qızıl medalını qazanıb.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, 91 kq çəki dərəcəsində döyüşən boksçuların finalında Olimpiya mükafatçımız Teymur Məmmədov türkiyəli Burak Akşinlə münasibətlərinə aydınlıq gətirib.

Boksçumuz həlledici görüşdə rəqibindən daha üstün döyüş nümayiş etdirərək qalib gəlib - 3:2.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri