18 
May
2017
21:36
307
42
5353
Virtual karabakh

Bakı-2017: Voleybol yığmamız ən güclü oldu

18 May, 2017
21:36
5353

Bakı-2017: Voleybol yığmamız ən güclü oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışı başa çatıb.

Oxu.Az-ın Trend-ə məlumatına görə, finalda Azərbaycan və Türkiyə komandaları qarşılaşıblar.

İlk setdə qalib gələn idmançılarımız ikinci setdə məğlub olsalar da, növbəti iki setdə türkiyəli rəqiblərinin müqavimətini qıra biliblər - 3:1.

Beləliklə, Azərbaycan İslamiadada 59-cu qızıl medalını qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri