19 
May
2017
11:38
178
44
3237
Virtual karabakh

Azərbaycan boks yığması İslamiadanın ən güclüsü olub

19 May, 2017
11:38
3237

Azərbaycan boks yığması İslamiadanın ən güclüsü olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsi başa çatıb. 

Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, 7 gün davam edən yarışın ən yaxşısı adını Azərbaycan millisi qazanıb.

10 çəki dərəcəsində qüvvəsini sınayan kişi boksçuların yarışında yığmamız 7 medala sahib olub. Hesabına 3 qızıl, 3 gümüş və 1 bürünc mükafat yazan komandamız bu göstəricidə hamını qabaqlayıb.

İslamiadanın ən yaxşısı adına yiyələnən millimiz həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Boksçularımızın ən yaxın izləyici olan Özbəkistan Oyunları 2-ci pillədə bitirib. Yığmamızdan 2 medal geri qalan asiyalılar 5 dəfə fəxri kürsüyə qalxıblar. Bunlardan 3-ü qızıl medal olub. 

Medal siyahısında Qazaxıstan 3-cüdür. Bu komanda Bakıdan 2 çempionluq və 3 “bürünc”lə ayrılır. Boks yarışlarında himni çalınan digər 2 ölkə isə Suriya ilə Türkmənistandır. “Bakı-2017”-də yalnız bu 5 ölkə çempionluq sevinci yaşayıb. Ümumilikdə isə 13 yığmanın üzvləri medal qazanmağı bacarıb. 

Qeyd edək ki, boks yığmamızın heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.

N

Ölkə

Qızıl

 Gümüş 

Bürünc

 Cəmi

1

 AZƏRBAYCAN

3

3

1

7

2

Özbəkistan

3

0

2

5

3

Qazaxıstan

2

0

3

5

4

Suriya

1

1

2

4

5

Türkmənistan

1

1

1

3

6

İraq

0

2

0

2

7

Mərakeş

0

1

3

4

8-9

Misir

0

1

1

2

 

Türkiyə

0

1

1

2

10

İordaniya

0

0

3

3

11-13

Əlcəzair

0

0

1

1

 

Kamerun

0

0

1

1

 

İran

0

0

1

1

Cəmi

 

10

10

20

40

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri