12 
İyn
2017
18:22
169
30
4246
Virtual karabakh

“Qarabağ” klubu loqosunu dəyişib

12 İyn, 2017
18:22
4246

“Qarabağ” klubu loqosunu dəyişib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” futbol klubu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə müraciət edib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, müraciətdə klubun loqosundakı dəyişiklik haqqında məlumat əksini tapıb.

Rəsmi açıqlamada deyilir: “Qarabağ” Futbol Klubu ölkə çempionatında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı 5-ə çatdırıb. Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” FK bu praktikadan yararlanaraq loqomuzun üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçib. Klubumuzun loqosunda digər bir dəyişiklik isə “FK Qarabağ” ifadəsinin “Qarabağ FK” ilə əvəzlənməsidir. Klubumuz bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət edib”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri