14 
İyn
2017
12:49
62
21
1516
Virtual karabakh

Rikkardo: Ümid edirəm ki, Bakıda da yaxşı nəticə qazanacağıq

14 İyn, 2017
12:49
1516

Rikkardo: Ümid edirəm ki, Bakıda da yaxşı nəticə qazanacağıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Red Bull Racing komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, karyerasında ən çətin üçüncülüyü qazanıb və səhv etmədiyi üçün xoşbəxtdir.

Oxu.Az F-1.az-a istinadən xəbər verir ki, avstraliyalı sürücü Kanadada yarışboyu Peres, Okon və Fettelin təzyiqlərinə baxmayaraq, bu mövsüm ardıcıl üçüncü podiumunu qazanıb.

Daniel Rikkardo: “Sözün açığı, bu karyeramda ən çətin podiumlardan biri idi. Düşünürdük ki, Soft təkərləri taxmaq düzgün olar. Amma sonra gördük ki, SuperSoft təkərlər daha yaxşı imiş. Peres mənə yaxın idi. Elə olurdu ki, hərdən geri qalırdı və təzədən hücuma keçirdi. Onları arxamda tutmaq çox  çətin idi. Səhv etməməli idim və bunu bacardım. Son sektorda hər şey qüsursuz olmalı idi. DRS (ötmə zonası) ilə hücum edə bilərdilər. Amma xəta etməyərək, damalı bayrağı gördüm. Əlimizə düşən fürsətdən istifadə etdik. Damalı bayrağı görəndə rahat nəfəs aldım. Gözəl yarış idi və həzz aldım. Ümid edirəm ki, Bakıda da yaxşı nəticə qazanacağıq”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri