15 
İyn
2017
17:08
98
69
6366
Virtual karabakh

“Qəbələ” “Real”ın sabiq oyunçusunu heyətinə qatıb

15 İyn, 2017
17:08
6366

“Qəbələ” “Real”ın sabiq oyunçusunu heyətinə qatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ” transfer pəncərəsində ispaniyalı Fransisko Xavyer Ernandes Qonzalesi heyətinə qatıb.

Oxu.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, futbolçu artıq “qırmızı-qaralar”la anlaşıb.

Bunadək yerli futbolçular İlqar Qurbanov, Aqil Məmmədov və Elvin Məmmədovu heyətinə qatan “Qəbələ” Xavi Ernandes Qonzales kimi tanınan futbolçu ilə bir ili şərti olmaqla,iki2 illik müqavilə imzalayıb. 28 yaşlı yarımmüdafiəçi Avstriyada təlim-məşq toplanışında olan kollektivə bu gün qoşulacaq.

“Pizarrales” (1999-2002), “Salamanka” (2002-2005), “Real” (2005-2008) klublarının yeniyetmələrdən ibarət komandalarında oynayan Ernandes 2007-2008-ci illərdə İspaniyanın U-19 millisində çıxış edib. O, yığmada keçirdiyi 5 matçda 1 qol vurub.

2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu “Real”ın B komandasına çıxış edib. 2011-ci ilədək bu komandada oynayan Xavi icarə əsasında İsveçin “Halmstad” (2011) klubunda da oynayıb. Ardınca vətənində “Salamanka” (2011-2013), “Ourense” (2013-2014) və “Burqos”un (2014-2015) şərəfini qoruyan hücumameylli yarımmüdafiəçi Rumıniyada “Poli Timişoara”da (2015-2016), Polşada “Qurnik Lençna”da (2016-2017) legioner həyatı yaşayıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri