16 
İyn
2017
18:14
29
236
2147
Virtual karabakh

“Formula-1” iştirakçılarına iki xəstəxanada tibbi yardım göstəriləcək

16 İyn, 2017
18:14
2147

“Formula-1” iştirakçılarına iki xəstəxanada tibbi yardım göstəriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1 Azərbaycan Qran-Prisi” yarışının iştirakçılarına və qonaqlara Mərkəzi Neftçilər Xəstəxanası və Bakı şəhər Kliniki Tibbi Mərkəzdə tibbi xidmət göstəriləcək.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, nazir Oqtay Şirəliyev 23-25 iyun “Formula 1 Azərbaycan Qran-Prisi” yarışının keçirilməsi ilə bağlı tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımın yüksək səviyyədə təmin edilməsi məqsədilə əmr imzalayıb.

Əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə yarışın keçiriləcəyi ərazilərdə təcili tibbi yardım xidmətinin növbətçiliyini, yarışın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların müvafiq olaraq Mərkəzi Neftçilər Xəstəxanasına və Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, habelə, tibb müəssisə və idarələrinin rəhbərlərinə tədbir iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssisələrində sanitariya–gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri