17 
İyn
2017
00:37
159
37
14185
Virtual karabakh

Topu rəqibə qaytaran futbolçu “kuryoz” qol vurdu – VİDEO

17 İyn, 2017
00:37
14185

Topu rəqibə qaytaran futbolçu “kuryoz” qol vurdu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Afrika Respublikasının “Stellenboş” klubunun yarımmüdafiəçisi Petrus Şitembi “Blek Leopards” komandası ilə oyunda “fair play” qaydalarına uyğun olaraq, topu rəqibə qaytararkən meydanın mərkəzindən qol vurub.

Oxu.Az-ın xəbərinə görə, qolun videosu YouTube portalında - SuperSport kanalında yerləşdirilib.

Matçın 65-ci dəqiqəsində qonaqlar hesabda 2:0 irəlidə olarkən, “Blek Leopards” klubunun futbolçusu zədə alıb. Top “Stellenboş” komandasını oyunçularına keçib və onlar “fair play” qaydalarına əsasən, topu rəqibə qaytarmaq istəyiblər.

Lakin Ştembinin zərbəsindən sonra top yerə dəyərək, qapıçının başı üzərindən tora daxil olub. Hakim qolu hesaba alıb. Bununla belə, matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri