17 
İyn
2017
21:15
75
149
3293
yuxarı
Bakı Metropoliteninin gəlirləri artıb
17 İyn, 2017
21:15
3293
75
149
Bakı Metropoliteninin gəlirləri artıb
Cari ilin yanvar-may aylarında metrodan istifadə edən sərnişinlərin sayı artıb.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumilikdə sərnişinlərin 12,7 faizi metrodan istifadə edib.
Metro ilə gedib-gələn sərnişinlərin sayı 97,5 milyon nəfər olub. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz artım deməkdir.
Nəzərə çatdıraq ki, apreldə metrodan istifadə edənlərin sayı 76,0 milyon nəfər olub. 2016-cı ilin hesabat dövrü ilə müqayisədə artım 5,8 faiz təşkil edib.
Xatırladaq ki, ötən ilin əvvəlində metrodan istifadə edən sərnişinlərin sayı azalmışdı.
L.Ə.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək