17 
İyn
2017
23:37
15
127
3448
yuxarı
Valensiya futbol klubunun gənc ulduzu təcavüzdə günahlandırılır
17 İyn, 2017
23:37
3448
15
127
Valensiya futbol klubunun gənc ulduzu təcavüzdə günahlandırılır
Valensiya futbol klubunun 21 yaşlı ulduz futbolçusu Santi Mina həbs edilə bilər.
Oxu.Az haberturk-ə istinadən xəbər verir ki, futbolçuya qarşı İspaniyada səs-küyə səbəb olan iddia irəli sürülüb. Belə ki, Mina cinsi təcavüzdə günahlandırılır. Futbolçu hətta bu səbəbdən ötən gecəni polis bölməsində keçirib.
Hadisənin İspaniyanın Almeira şəhərində baş verdiyi irəli sürülür. İddalara görə, futbolçu gənc qadınla gecə klubunda tanış olub. Sonradan onu avtomobilinə dəvət edərək təcavüz edib.
Polislər məhz qadının şikayəti əsasında Minanı saxlasalar da sonradan müvəqqəti azadlığa buraxıblar.
Qeyd edək ki, Valensiya Futbol Klubunun gənc ulduzunun günahı sübut edilərsə 3-7 ay arasında həbs cəzası ala bilər.
L.Ə.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək