12 
İyl
2017
13:56
25
95
3219
Virtual karabakh

MOK: Güləş Federasiyasında böhran var

12 İyl, 2017
13:56
3219

MOK: Güləş Federasiyasında böhran var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Güləş Federasiyasındakı ümumi vəziyyət hamıya məlumdur. Müəyyən böhran var. Çox yerdə böhran mövcuddur, federasiyada da həmçinin. Ümid edirəm ki, yaxın vaxtlarda həll edərlər”.

Oxu.Az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin “Report”a deyib.

O, bildirib ki, federasiya tərəfindən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarından sonra da idmançılara mükafat verilib verilməməsindən məlumatı yoxdur

“Ancaq dövlət tərəfindən bütün mükafatlar verilib. Hesab etmirəm ki, idmançılar narazı qalar. Ölkə idmanında böyük problemlər yoxdur. Heç bir problem görmürəm”. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri